Vyana Konvensiyasının Məqsədi

əmtəələrin, beynəlxalq alqı-satqısını tənzimləyən milli qanunvericiliyin vahid şəklə salınmasına yardım etməkdir. Konvensiya 101 maddədən və 4 hissədən ibarətdir.
Vona
Yaxşı İdarəetmə
OBASTAN VİKİ
Vyana
Vyana (alm. Wien‎, bav. Wean, ing. Vienna) — Avstriyanın paytaxtı, ən böyük şəhəri və 9 federal əyalətindən biri. 2 milyondan çox əhalisi ilə Avstriyanın ən böyük şəhəri statusuna malikdir. Daha böyük aqlomerasiya rayonu təqribən 2,9 milyon əhaliyə ev sahibliyi edir ki, bu rəqəm də ölkənin əhalisinin təxmini üçdə birinə bərabərdir. Vyana ölkənin mədəni, iqtisadi və siyasi mərkəzi, Avropa İttifaqının əhalisinə görə 5-ci ən böyük şəhəri və Dunay çayının üzərindəki şəhərlər arasında ən sıx məskunlaşılan şəhəridir. Şəhər Vyananı Avstriyanın ucqar qərb hissələrindən ayıran Apl dağlarının ən şimal-şərq təpələri olan Vyana meşələrinin şərq kənarında, Pannoniya hövzəsinə keçiddə yerləşir. Dunay çayının üzərində yerləşən şəhərə Vyana çayı tərəfdən keçilir. Vyana tamamilə Aşağı Avstriya ilə əhatə olunub və Slovakiyanın, həmçinin paytaxtı Bratislavanın təxminən 50 km qərbində, Macarıstanın 60 km şimal-qərbində, eləcə də Moraviyanın (Çexiya) 60 km cənububda yerləşir.
Vyana Sistemi
Avropa konserti (ing. Concert of Europe) yaxud Vyana Sistemi — Napoleon müharibələrinin sona çatdığı 1815-ci ildən I Dünya Müharibəsinin baş verdiyi 1914-cü ilə qədər keçən dövrdə, Avropa dövlətlərinin beynəlxalq arenada siyasi qüvvələr nisbətini nəzərə alaraq hərəkət etmələrini təmin edən sistem. Vyana konqresindən sonra həyata keçirildiyi üçün Konqres Sistemi olaraq da bilinir. Konsert sistemi adətən böyük dövlətlərin sülh şəraitinin pozulmasına inandıqları zaman topladıqları konfranslar şəklində aparılırdı. Avropanın konserti, Napoleonun imperatorluğunu məğlub edən, Dördlü İttifaq ölkələri tərəfindən, yəni Avstriya, Prussiya, Rusiya və Britaniya tərəfindən yaradılmış, daha sonra isə Fransanın da daxil olması ilə üzv ölkələrin sayı beçə çatmışdır. Bu yaradılmış sistemdə, əvvəllərdə İngiltərənin Xarici İşlər Naziri Robert Stüart, Avstriya Kansleri Klement von Metternix və Rusiya Çarı I Aleksandr baş rol oynayırdı. Şarl Moris de Talleyrand-Prigord, Fransanın yenidən beynəlxalq diplomatiyada digər böyük dövlətlərin yanında yer almasını təmin etdi. Avstriyanın Almaniya Konfederasiyası daxilində dominant güc olması və Avstriya Kansleri Metternixin mühafizəkar mövqeləri səbəbiylə Konsert dövrü, "Metternix Dövrü" olaraq xatırlandığı kimi, Vyana Konqresinin Avropanı Fransa inqilabından əvvəlki status-kvoya gətirmək yolunda reaktiv səyləri üzündən "Avropa Bərpa Dövrü" olaraq da adlandırılır. Almanca (alm. Pentarchie‎ (pentarşi)) və rusca isə Vyana Sistemi (rus.
Vyana Universiteti
Vyana Universiteti (alm. Universität Wien‎) — Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən ali təhsil müəssisəsi. Vyana Universiteti 1365-ci ildə yaradılmışdır. Universitetdə dərs ili 8-12 semestrdən ibarət olur. Qış semestri oktyabrın 1-dən, yay semestri isə martın 1-dən başlayır. Hər bir semestrin sonunda imtahan verilir. Sonuncu kursda tələbələrdən diplom işi yazmaq tələb olunur...
Vyana balı
Vyana balı — Vyanada ənənəvi bal rəsləri dövründə keçirlən tədbir. Vyana balları UNESCO-nun Avstriya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdi. Son illərdə Vyana balına neonasistlərin dəvət edilməsinə etiraz olaraq UNESCO 27 ynvar 2012-ci ildə balı qeyri-maddi mədəni irs siyahısından çıxarıb. Bu qərar əksər vyanalılar tərəfindən ədalətli hesab edilir. Ən böyük bal Opera balı hesab edilir. UNESCO tərəfindən Vyana balının kriteriyaları qəbul edilib. Bal protokol əsasında keçirilməli, gənc bal cütlüyünün çıxışları ilə açılmalı, gecəyarısı çaxışlar olmalı və səhərə yaxın bitməlidir.
Vyana döyüşü
Vyana döyüşü — 1683-cü il 12 sentyabr Osmanlı ordusu tərəfindən Avstriyanın paytaxtı Vyananın iki aylıq mühasirəsindən sonra baş vermişdir. XVII əsrdə Osmanlı İmperiyası ilə Avstriya hersoqluğu arasındakı müharibələrin ən uzun dövrü bu mühasirə ilə başlamışdır. Avstriya öz hakimiyyəti altında olan macarlarla yaxşı rəftar etmir, onları ağır vergilərlə əzirdi. Bununla yanaşı təriqət azadlığını tanımırdı. Macarlar artıq təzyiqə dözə bilməyib Tökeli İmrenin rəhbərliyi ilə üsyan qaldırdılar. Öz gücləri ilə uğur qazana bilmədiklərini başa düşdüb, Osmanlılardan kömək istədilər. Siyasi səbəblərə görə Osmanlı İmperatorluğu illərdir Macarıstanda və Avstriyada qeyri-katolik azlıqa kömək edirdi. Osmanlılar onsuz da Tökeli İmreyi Yuxarı Macarıstanın kralı olaraq tanıyırdılar. Mühasirədən əvvəl Osmanlı İmperiyası ilə Habsburqlar arasında əsasən iyirmi illik Vasvar müqaviləsi mövcud idi. 1681–1682-ci illərdə Tökeli İmre ilə Habsburqlar arasındakı sərhəd qarşıdurması şiddətləndi.
Vyana konqresi
Vyana konqresi — 1814–1815-ci illərdə keçirilmiş ümumavropa yığıncağı. Vyana konqresi 1814-cü ilin sentyabrı — 1815-ci ilin iyununda fəaliyyət göstərdi. Konqresin işində Osmanlı dövləti istisna olmaqla, bütün Avropa dövlətlərinin 216 nümayəndəsi iştirak edirdi. Lakin əsas rolu İngiltərə, Rusiya və Avstriya oynayırdı. Konqresdə mərkəzi yeri Polşa — Saksoniya məsələsi tutdu. Rusiya bütün Polşa torpaqlarını, Prussiya isə Saksoniyanı birləşdirmək istəyirdi. Hər iki dövlətin güclənəcəyindən ehtiyat edən Avstriya, İngiltərə və Fransa buna mane olmaq istəyirdi. Avstriyanın xarici işlər naziri Metternix İngiltərənin Xarici İşlər naziri lord Kestleri ilə birləşərək, Saksoniyanın Prussiyaya verilməsi müqabilində kral III Fridrix Vilhelmin çara xəyanət edərək onların tərəfinə keçməsinə çalışdı. Kral bu barədə I Aleksandra məlumat verdikdə çarın necə bir vəziyyətə düşməsini təsəvvür etmək çətin deyil. Taleyran belə bir diplomatik gərginlikdən istifadə edərək üç dövlətin — Avstriya, Fransa və İngiltərənin Rusiya və Prussiyaya qarşı ittifaqını yaratmağı təklif etdi.
Vyana qazometri
Vyana qazometrləri — 1896-cı ildə Vyananın Simmering rayonunda tikilmiş qazometr binalarıdır. Dörd oxşar strukturdan ibarət olan Vyana qazometrləri ölçülərinə və uzaqdan görünməsinə görə Simmerlinqin simvoludurlar. 1970-1978-ci illərdə Vyana qaz ehtiyacını təbii qazdan qarşılamağa başlayanda tərk edilmiş qazometrlər, 1999-cu ildən 2001-ci ilə qədər davam edən kompleks tikinti layihəsi ilə əyləncə mərkəzi, yaşayış kompleksi, tələbə yataqxanası və təşkilat-tərtib salonuna çevrilmişdir. Yenidən qurulma ilə Vyana qazometrləri dünyanın hər yerindən turistlərin və memarlıq mütəxəssislərinin ziyarət etdiyi bir turistik məkana çevrilmişdir. Klassik dizaynı ilə qazometrlər tarixi abidə kimi mühafizə olunurlar. Bu, hər birinin həcmi 90.000 m³ olan, xarici fasadı kərpiclə örtülmüş olan 4 silindr teleskop formasında qaz çənidir. Qazometrin hündürlüyü yol səviyyəsindən ən son nöqtəsinə qədər 70 metr, diametri isə təxminən 60 metrdir. Onların fasadları qırmızı kirəmitlərlə örtülmüşdür. 1984-cü ildə qaz anbarı funksiyasını itirdikdən sonra, binalar 1995-ci ilə qədər şəhərin mərkəzində fəaliyyətsiz qalmışdırlar. Konstruktorların qazometrlərin transformasiyası üçün təqdim etdiyi layihələr arasından seçilənlər 1999-2001-ci illər arasında həyata keçirilmişdir.
Vyana tramvayı
Vyana tramvayı şəhər dəmir yol nəqliyyatının tarixi 1865-ci ildə Konka ilə başlamışdlr. 1887-ci ildən isə xətlətin tədricən elektrikləşdirilməsi həyata keçirilmişdir. Tramvay nəqliyyatının inkişafı XX əsrin 20-ci illərinin sonu 30-cu illərinin əvvəllərinə qədər davam edir. Bu zaman metronun inkişafı ilə əlaqədar inkişaf tədricən səngiyir. Ümumi uzunluğu 221,5 km-dir. Tramvay şəbəkəsi bir şirkətin əlində cəmlənmişdir. «Wiener Linien» şirkəti həmcinin metroliten və avtobus nəqliyyatını təşkili həyata keçirur, 2009-cu ilə olan məlumata görə Vyana tramvayı il ərzində 186,9 milyon nəfərə xidmət etmişdir. Tip E1 — 145 vaqon (Vyanada maksimal sayı 338) — Buraxılış ili 1966—1976; Oturacaq yeri: 40, Ayaqüstə yer: 65 Tip E2 — 121 vaqon (Vyanada maksimal sayı 122) — Buraxılış ili 1978—1990; Oturacaq yeri: 44, Ayaqüstə yer: 58 Tip c3 — 40 vaqon (Vyanada maksimal sayı 190) — Buraxılış ili 1959—1962; Oturacaq yeri: 32, Ayaqüstə yer: 43 Tip c4 — 72 vaqon (Vyanada maksimal sayı 73) — Buraxılış ili 1974—1977; Oturacaq yeri: 31, Ayaqüstə yer: 43 Tip c5 — 116 vaqon (Vyanada maksimal sayı 117) — Buraxılış ili 1978—1990; Oturacaq yeri: 32, Ayaqüstə yer: 39 Tip A — 51 vaqon — Buraxılış ili 1995—2006; Oturacaq yeri: 42, Ayaqüstə yer: 94 Tip A1 — 80 vaqon — Buraxılış ili 2006- ; Oturacaq yeri: 42, Ayaqüstə yer: 94 Tip B — 101 vaqon — Buraxılış ili 1995—2005; Oturacaq yeri: 66, Ayaqüstə yer: 143\ Tip В1 — 63 vaqon — Buraxılış ili 2009- ; Oturacaq yeri: 66, Ayaqüstə yer: 143 Favoriten deposu (alm. Favoriten) (Maşrutlar: D, O, 1, 6, 18, 67, 71, VRT) Zimmerinq parkı (alm. Simmering) (Maşrutlar: 6, 71) Floridsdorf deposu (alm.
Vyana valsı
Vyana valsı (alm. Wiener Walzer) — standart bal və turnir rəqslərindən olub, bir dəqiqədə 60 taktla ifa olunanaraq dünya rəqs poqramına daxil olan ən cəld rəqsdir. Sonralar Vyana valsı kimi məşhurlaşmış fransız valsı modern tipli ən qədim bal rəqsi olub, ilk dəfə 1770-ci illərdə komediya ifaçısı Bernardo Feliks tərəfindən təqdim edilmişdir. Sonradan Böyük Fransa inqilabından əvvəl məşhurlaşmış və saray aristokratlarına məxsus "Menuet" rəqsini sıxışdıraraq onun yerini tutmuşdur. Valsın alman xalq rəqsi əsasında və ya müstəqil şəkildə ona paralel olaraq yaranması haqqında çoxlu mübahisələr mövcuddur. İlk əvvəllər valsa qadının topuğu görsəndiyinə, cütlüyün bir-biri ilə sıx təmasda olmasına görə əxlaqsız rəqs kimi baxılırdı. Qisa bir müddətdə vals sərbəst və canlı xarakter alaraq ədəb rəqsinə çevrilmiş olur. 1805-ci ildə bal və aristokratik rəqs yalnız "Menuet" sayılırdı. 1814–1815-ci illər Vyana konqresi Vyanada rəqs, libas, maskarad ballarını canlandırmışdır. Bu isə öz növbəsində vals rəqsini aktuallaşdıraraq onu ictimailəşdirmişdir.
Vyana çayı
Vyana çayı (fr. Vienne )- Fransanın cənubunda çay. Luara çayının iri sol qoludur. Mərkəzi Massivdə Milvaş platosundan axır. Millevac kəndi yaxınlığında uzunluqları 860 m və 885 m olan çayların birləşməsindən yaranır. O, beş departamentin ərazisindən axır. Onun yuxarı axarında Limoj şəhəri yerləşir. Uzunluğu 372-km olub, çayının su sərfi isə 210 m³/san-dir. Sahəsi 21105 km², olub ən bol sulu dövrü qış fəslidir. Dekabrdan yanvara qədər bol sulu olur ki, ən çox da yanvar-fevral aylarında.
Vyana şəhəri
Vyana (alm. Wien‎, bav. Wean, ing. Vienna) — Avstriyanın paytaxtı, ən böyük şəhəri və 9 federal əyalətindən biri. 2 milyondan çox əhalisi ilə Avstriyanın ən böyük şəhəri statusuna malikdir. Daha böyük aqlomerasiya rayonu təqribən 2,9 milyon əhaliyə ev sahibliyi edir ki, bu rəqəm də ölkənin əhalisinin təxmini üçdə birinə bərabərdir. Vyana ölkənin mədəni, iqtisadi və siyasi mərkəzi, Avropa İttifaqının əhalisinə görə 5-ci ən böyük şəhəri və Dunay çayının üzərindəki şəhərlər arasında ən sıx məskunlaşılan şəhəridir. Şəhər Vyananı Avstriyanın ucqar qərb hissələrindən ayıran Apl dağlarının ən şimal-şərq təpələri olan Vyana meşələrinin şərq kənarında, Pannoniya hövzəsinə keçiddə yerləşir. Dunay çayının üzərində yerləşən şəhərə Vyana çayı tərəfdən keçilir. Vyana tamamilə Aşağı Avstriya ilə əhatə olunub və Slovakiyanın, həmçinin paytaxtı Bratislavanın təxminən 50 km qərbində, Macarıstanın 60 km şimal-qərbində, eləcə də Moraviyanın (Çexiya) 60 km cənububda yerləşir.
Vyana şnitzeli
Şnitzel və ya şinitzel (Almanca: Wiener Schnitzel) Avstriya mətbəxindən olan bu yemək növü çox nazik formada kəsilmiş bir dilim dana əti, donuz əti və ya toyuq ətinin un, yumurta sarısı və çörək qırıntılarına batırılaraq yağda qızardılması ilə hazırlanır. Avstriyada geniş formada hazırlanan bu Avropa mənşəli fast food yemək növü, nuggets ilə oxşar olan xüsusiyyətlərə malikdir. Bu yemək növü Almaniyada da çox geniş formada istehlak olunur.
Həyat məqsədi (film, 2004)
Həyat məqsədi (Rom: Lakshya; Az: Məqsəd) 2004-cü ildə Farhan Akhtarın rejissorluğu və Riteş Sidhvaninin prodüseri olduğu hind dilli yetkinlik dövründə olan insanlar üçün nəzərdə tutulan müharibə dram filmidir. Baş rollarda Amitabh Bachchan, Hrithik Roshan və Preity Zinta, köməkçi rollarda isə Boman Irani, Om Puri, Amriş Puri və Anjula Bedi oynamışdır. 1999-cu ildəki Kargil müharibəsinə əsaslanan film, Hindistan ordusuna qatılan və sevgilisi Romila Duttanın onunla fəxr etməsi üçün özünü əsgərə çevirən Dehlidən olan məqsədsiz və tənbəl oğlan Karan Şeirgilldən bəhs edir. == Süjet xətti == Əsərin qəhrəmanı gününü eyş-işrətdə keçirən gənc Karandır. O atasının və ailə biznesini idarə edən böyük qardaşının pulu hesabına yaşayır. Karan bütün günü dostları ilə əylənir və gözəlçə Romi ilə eşqbazlıq edir. Günlərin birində döyüş filminə baxdıqdan sonra Karan dostları ilə birlikdə hərbi xidmətə yollanmaq qərarına gəlirlər, lakin hərbi xidmət onların düşündüyü kimi heçdə asan olmur. Üzləşdiyi çətinliklərə dözə bilməyən Karan, evə qayıtmaq məcburiyyətində qalır. Qayıdışı ilə ailəsinin və Rominin hörmətini birdəfəlik itirdiyini hiss edən Karan, hərbi xidmətini davam etdirmək qərarına gəlir.
FK Qarabağ Vyana
Mauerverk FK (alm. Fußballclub Karabakh Wien‎) — paytaxt Vyananı təmsil edən Avstriya Futbol Federasiyası klubu. Hazırda Avstriya Stadt Ligada mübarizə aparır. Klub ev oyunlarında rəqiblərini 7.828 nəfərlik Wiener Sportclub-Platz arenasında qəbul edir. 29 iyun 2018-ci ildə klubun birinci liqaya vəsiqə qazana bilmədikdən sonra sahibi misirli Mustafa Elnimr olduğu açıqlandı. Komanda "Mauerwerk" adını almağa başladı. == Tarixi == Qarabağ Vyana futbol klubu 2014-cü ildə Vyana Futbol Federasiyasında (WFV) rəsmi qeydiyyatdan keçərək, Oberliga A da mübarizə aparmaq üçün lisenziya əldə etmişdir. Oberliga rəsmi olaraq Vyana Futbol Federasiyasının 3-cü, Avstriya Futbol Federasiyasının isə 6-cı liqasıdır. === 2014-2015 mövsümü === 2014-2015-ci il mövsümündə Oberliga A-da FK Qarabağ Vyana keçirdiyi 26 oyundan 17 qalibiyyət, 2 bərabərlik və 7 məğlubiyyət ilə sezon sonunda 55 xal toplayaraq, sadəcә 2 xallıq fәrqlә 14 klubun iştirak etdiyi liqanı ikinci olaraq bitirmişdir. Klub eyni sezonda parallel olaraq Vyana kubokunda iştirak etmiş və 5 mərhələ ard-arda qələbə qazanmışdır.
Motsartın evi (Vyana)
Motsartın evi — Vyanada yerlşən bəstəkarın mənzilidir. Domqass, 5 evin ünvanıdır. Bəstəkar burada 1784-cü ildən 1787-ci ilədək yaşayıb. İkinci mərtəbədəki mənzilləri dörd otaq, iki iş otağı və mətbəxdən ibarətdir. Motsart bu mənzildə Vyanadakı ondan çox mənzillərin heç birinə nisbətən daha uzun müddət yaşayırdı. O dövrdə bəstəkar artıq məşhur idi, dünyəvi çevrələrdə olmuşdur və Avstriya paytaxtının ən yaxşı evlərində yaşamaq üçün bir çox dəvət alırdı. Bu evdə bəstəkar "Fiqaronun toyu" operasını və digər əsərlərini yazmışdır. 2006-cı ildə Motsartın evində yenidənqurma işləri aparıldı, bundan sonra muzey Domqass 5-də evin hər üç mərtəbəsini yerləşməyə başladı. 1000 kvadratmetr ərazidə bəstəkarın dünyasını və əsərlərini əks etdirən sərgi mövcuddur. Ekspozisiya "Fiqaronun toyu" operasının melodiyaları ilə müşayiət olunur.
Qarabağ Vyana FK
FK Qarabağ Vyana (alm. Fußballclub Karabakh Wien‎) — paytaxt Vyananı təmsil edən Avstriya Futbol Federasiyası klubu. Hazırda Avstriya Stadt Ligada mübarizə aparır. Klub ev oyunlarında rəqiblərini 7.828 nəfərlik Wiener Sportclub-Platz arenasında qəbul edir. 29 iyun 2018-ci ildə klubun birinci liqaya vəsiqə qazana bilmədikdən sonra sahibi misirli Mustafa Elnimr olduğu açıqlandı. Komanda "Mauerwerk" adını almağa başladı. Qarabağ Vyana futbol klubu 2014-cü ildə Vyana Futbol Federasiyasında (WFV) rəsmi qeydiyyatdan keçərək, Oberliga A da mübarizə aparmaq üçün lisenziya əldə etmişdir. Oberliga rəsmi olaraq Vyana Futbol Federasiyasının 3-cü, Avstriya Futbol Federasiyasının isə 6-cı liqasıdır. 2014-2015-ci il mövsümündə Oberliga A-da FK Qarabağ Vyana keçirdiyi 26 oyundan 17 qalibiyyət, 2 bərabərlik və 7 məğlubiyyət ilə sezon sonunda 55 xal toplayaraq, sadəcә 2 xallıq fәrqlә 14 klubun iştirak etdiyi liqanı ikinci olaraq bitirmişdir. Klub eyni sezonda parallel olaraq Vyana kubokunda iştirak etmiş və 5 mərhələ ard-arda qələbə qazanmışdır.
Qədim Şəhər (Vyana)
İçəri Şəhər — Vyananın 1-ci rayonu və tarixi şəhər mərkəzi. 1850-ci ildə Vyana rayonları təyin olunana qədər Vyana sözü bu bölgəni ifadə edirdi. Rayon ənənəvi olaraq dörd bölgəyə bölünür: Stubenviertel (Şimali Şərq), Kärntner Viertel (Cənub-Şərq), Widmerviertel (Cənub-Qərb), Schottenviertel (Şimal Qərb). Rayon, şəhərin ən əhəmiyyətli biznes mərkəzidir və 100,745 işçisi, korporativ mərkəz və turizm sahələri vardır. Ərazi 2001-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Rapid Vyana FK
Rapid Vyana — Avstriyanın futbol klubu 1899-cu ildə yaranıb. 43 dəfə Avropa kuboklarında iştirak edib.
Vyana Dövlət Operası
Vyana Dövlət Operası (alm. Wiener Staatsoper‎), 1918-ci ilə kimi Vyana Saray Operası, 27 sentyabr 1938-ci ildən Vyana Dövlət Operası — Avstiyada ən böyük opera binası. 1861-ci ildə Vyana Şəhərsalma Fondunun sifarişi ilə memarlar alm. August Sicard von Sicardsburg‎, alm. Eduard van der Nüll‎ tərəfindən inşaasına başlanılaraq, 25 may 1869-cu ildə bitirilmişdir. Açılış günü səhnəsində Volfqanq Amadey Motsartın “Don Juan” operası oynanılmışdır. 1 may — 31 may 1945-ci illərdə opera alm. Opernhaus der Stadt Wien – Wiener Staatsopernensemble‎ — “Vyana Şəhər Operası – Dövlət Opera Ansambılı” adlandırılmışdır. Mədəniyyət ocağı kimi Vyana Dövlət Operası Habsburqlar tərəfindən təsis edilmiş Vyana Saray Operasının xələfi sayılır. Saray operası kimi fəaliyyətə başladığı gündən teatr Avropanın aparıcı operalarından sayılmaqdadır.
Vyana Memarlıq Mərkəzi
Vyana Memarlıq Mərkəzi — Vyanada muzey. Memarlıq və əlaqəli mövzularda, xüsusən 20 və 21-ci əsrlərin memarlıq və şəhər dizaynı mövzusunda sərgilər, hadisələr və araşdırmalar mərkəzi olaraq qurulmuşdur. Avstriyanın milli memarlıq muzeyidir. Daimi sərgi olan "a_schau. Österreichische Architektur im 20. und 21. Jahrhundert " 1850-ci ildən bu günə qədər Avstriya memarlığının tarixini əks etdirir. Dəyişən sərgilər memarlıq tarixi və gələcək inkişafla bağlı yeni perspektivlər təqdim edən müasir memarlığı təqdim edir. Bir sıra tədbirlər və fəaliyyətlər vasitəsilə memarlıq mədəni nizam-intizam, gündəlik fenomen və mürəkkəb proses kimi təqdim olunur. Bu tədbirlərə peşəkar təqdimatlar və seminarlar, bələdçi turlar, uşaq emalatxanaları, nəşrlər və illik Vyana Memarlıq Konqresi daxildir.
Vyana döyüşü (1945)
Vyana döyüşü — İkinci Dünya Müharibəsinin Şərq Cəbhəsində Sovet 3-cü Ukrayna Cəbhəsi tərəfindən Avstriyanın paytaxtı Vyananın işğalı məqsədilə girişilən bir hücumdur. Döyüş 2 aprel 1945-də başlamış, 13 aprel 1945-də sona çatmışdır. Şəhər mühasirəyə alındı və döyüşün böyük hissəsində mühasirə altında qaldı. Stalinin Qərb müttəfiqləri ilə 1945-ci ilin aprel ayı ərəfəsində verdiyi anlaşmalar, Şərqi və Mərkəzi Avropada tərəflərin müharibə sonrası nisbi nüfuzuna dair anlaşmalar idi. Amma bu anlaşmalar Avstriyanın gələcəyi haqqında heç bir hökm gətirmirdi. Bundan başqa, Avstriyanın Almaniya tərəfindən ilhaqından sonra Sovetlərin Qərb müttəfiqləri, Avstriyanı az qala rəsmən Almaniyanın təsir sahəsində sayırdı. Bu halda Stalin, əsasən 1945-ci ilin fevral ayında hazır olduğu Berlinə ediləcək ümumi hücumu təxirə salmağa, bu arada hücum tandeminin iki qanadı ilə Avstriya torpaqlarını güvən altına almağa qərar verdi. Beləliklə, Stalin müttəfiqlərlə müharibə sonrası müzakirələrdə dəyərli bir alver obyekti əldə etmiş olacaqdı. Almanlar Balaton gölü əməliyyatının uğursuzluğa uğramasından sonra General Sepp Dietrixin 6-cı SS Panzer Ordusu, mərhələli olaraq Vyana ətrafına çəkilmişdi. Almanlar sürətlə irəliləyən Qızıl Ordu qüvvələrinə qarşı şəhəri müdafiə etmək üçün müdafiə mövqeləri hazırlığına girişdilər.
Vyana görüşü (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost Batareya (şahmat) Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Vyana klassik məktəbi
XVIII əsrin ortalarında gərgin emosiyalı, əzəmətli barokko musiqisi öz əhəmiyyətini tədricən itirməyə başlayır. Daha dürüst, tarazlaşdırılmış musiqi formalarına meyl yeni, Klassisizm cərəyanının bərqərar olmasına gətirib çıxarır. O zaman Avropanın «musiqi paytaxtı» sayılan Vyananın zəngin bədii ənənələrindən bəhrələnmiş Haydn, Motsart və Bethoven yaradıcılığı klassisizm üslubunun ən parlaq təzahürüdür. Bu üç dahi sənətkar musiqi tarixinə Vyana klassikləri adı ilə daxil olmuşlar. Vyana klassiklərinin bədii nailiyyətləri musiqi sənətinin inkişafında çox yüksək, tarixi əhəmiyyətə malikdir. Belə ki, Avropa musiqisinin ən nəhəng janrı simfoniya, eləcə də onun «yaxın qohumlar»ı sonata və kvartet məhz bu bəstəkarların yaradıcılığında klassik səviyyəyə çatdırılmışdır. Avropa musiqisinin yaraşığı və fəxri olan simfonik orkestr də Haydn, Mosart və Bethovenin əsərlərində formalaşmışdır. Vyana klassik məktəbini təmsil edən hər bəstəkar özünəməxsus obrazlar aləmi və fərdi dəst-xətti ilə seçilir.
Vyana İslam mərkəzi
Vyana İslam mərkəzi (Alman dili Islamisches Zentrum Wien)- Avstriyada ən böyük məsciddir. Vyanada Floridsdorf ərazisində yerləşmişdir. 1969-cu ildə Vyananın islam icması 8300 m² torpaq sahəsini məscidin tikintisi üçün satın aldı. Maliyyə çətinlikləri ilə əlaqədar olaraq tikintinin başlanğıcı bir neçə dəfə təxirə salınmışdı. 1975-ci ildə Səudiyyə kralı Feysəl ibn Əbdüləziz Əl Səud məscidin tikintisi üçün maliyyə xərclərini öz öhdəsinə götürdü. Tikinti işləri 1 iyul 1977-ci ildə başlandı. 20 noyabr 1979-cu il Vyana İslam mərkəzi Avstriya prezidenti Rudolf Kirxşleqerom tərəfindən açılmışdı. Bu hadisə yerli kütləvi informasiya vasitələrlərində geniş işıqlandırılırdı. Vyana İslam mərkəzinin minarəsi 32 metr hündürlüyə malikdir. Günbəzin hündürlüyü 16 metr, diametri isə 20 metrdir.
İçəri Şəhər (Vyana)
İçəri Şəhər — Vyananın 1-ci rayonu və tarixi şəhər mərkəzi. 1850-ci ildə Vyana rayonları təyin olunana qədər Vyana sözü bu bölgəni ifadə edirdi. Rayon ənənəvi olaraq dörd bölgəyə bölünür: Stubenviertel (Şimali Şərq), Kärntner Viertel (Cənub-Şərq), Widmerviertel (Cənub-Qərb), Schottenviertel (Şimal Qərb). Rayon, şəhərin ən əhəmiyyətli biznes mərkəzidir və 100,745 işçisi, korporativ mərkəz və turizm sahələri vardır. Ərazi 2001-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.